Logo

Alban-Udi xristian icmasının üzvləri Suqovuşana səfər ediblər – FOTOLAR

26.06.2022 11:37 327 baxış
IMG

Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarətləri başlayıb.

“Report”un Qarabağ mərkəzi xəbər verir ki, icma üzvləri Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898-ci ildə bərpa edərək öz məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.

Kilsədə dini ayin icra edilib.

İcma üzvləri, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə geniş bərpa-quruculuq işlərinin aparıldığını əsas gətirərək vurğulayıblar ki, bütün tarixi-mədəni və dini abidələrimizin tezliklə bərpa ediləcəyinə əmindirlər.

Xəbər lenti