Logo

Başıbəlalı tələbələr: bu dəfə liftdən istifadə etmək qadağası qoyuldu - FOTOLAR

26.06.2022 10:47 653 baxış
IMG

Naxçıvan şəhərində fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına poliklinikanın stomatoloji mərkəzində tələbələrlə bağlı elan yerləşdirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri"nin feysbuk səhifəsində paylaşım edilib.

Elanda stomatoloji mərkəzə gələn praktikant tələbələrin liftdən istifadəsinə qadağa qoyulduğu bildirilib. Həmin elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbələrə təhsil müəssisəsinin bufetinə kənardan yemək gətirmək qadağa edilmişdi.

Azərbaycan Tibb Universitetində (ATU) isə təhsilalanların ali məktəbin kitabxanasına qısa geyimdə daxil olmaları ilə bağlı məhdudiyyət tətbiq olunmuşdu.

Xəbər lenti