Logo

Cəlilabadda 12 yaşlı yeniyetmə öldü

26.06.2022 03:31 312 baxış
IMG

Cəlilabadda minik avtomobili 12 yaşlı yeniyetməni vuraraq öldürüb.

"Tehsil.biz"in məlumatına görə, hadisə Sabirabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili kənd sakini, 2010-cu il təvəllüdlü Əkbərov Ayxan Emin oğlunu vurub. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti