Logo

“44 Gün – Tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirilib - FOTOLAR

25.06.2022 18:35 411 baxış
IMG

Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildi (“A-Ə” hərfləri üzrə) işıq üzü görüb.

Tehsil.biz xəbər verir ki, iyunun 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) nəşrin təqdimat mərasimi keçirilib. Nəşrin birinci cildində Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində, həmçinin Vətən müharibəsində həlak olanlar haqqında ensiklopedik məlumat yer alıb.

Əvvəlcə Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyini bildirib. 

Çıxışlardan sonra Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “Vətən daşı” sənədli filmi nümayiş olunub. Film Şuşanın azad edilməsi uğrunda şəhadətə yüksələn Ağcabədi rayonundan olan 18 yaşlı əsgər Ömər Rəhimli haqqındadır.

Xəbər lenti