Logo

Azərbaycanda daha 34 nəfər COVID-19-a yoluxub

25.06.2022 16:45 313 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Tehsil.biz xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 267 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.

Ölkədə son sutka ərzində 2 371, hazırkı dövrədək isə 6 952 119 test aparılıb.

Xəbər lenti