Logo

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalında təqdim ediləcək

24.06.2022 17:49 331 baxış
IMG

İyunun 27-dən “IMEI.az” informasiya sisteminin xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar “IMEI.az” saytında təqdim edilən bütün xidmətləri (İMEİ kodun yoxlanılması, Mobil cihazların qeydiyyatdan keçirilməsi, Mobil cihazların qeydiyyat tarifləri) Vahid Elektron Xidmətlər Portalından əldə edə bilərlər.

Portalda qeydiyyatdan keçmədən hər üç xidmətdən yararlanmaq mümkündür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət təqdim edir. Hazırda onların bir platformada toplanması prosesi gedir. Vahid Elektron Xidmətlər Portalının yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin və şəffaflığın daha da artırılmasına təkan verəcək.

Xəbər lenti