Logo

Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü - Foto

24.06.2022 17:23 322 baxış
IMG

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən binada yaşayan 2005-ci il təvəllüdlü A.Salahova yaşadığı mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, A.Salahova epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti