Logo

Ən yüksək bal toplayan abituriyentlər Bakı Ali Neft Məktəbində - FOTOLAR

23.06.2022 20:36 674 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov I və II ixtisas qrupu üzrə hər iki mərhələdə ən yüksək bal toplayan abituriyentlər və valideynləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, onların arasında I ixtisas qrupu üzrə hər iki mərhələdə ən yüksək bal toplayan Fuad Qurbanov və II qrupun lideri Aydan Eyvazova da olub. Abituriyentləri və valideynləri təbrik edən rektor onlarla yaxından tanış olub.

Elmar Qasımov BANM-in tələbəsi adını qazanmaq arzusunda olan gənclərə tövsiyələrini verib, Ali Məktəbdə tədris və təhsil prosesi, həmçinin uğurlarından bəhs edib. BANM yarandığı gündən ən yüksək bal toplayan tələbələrin burada təhsil aldığını vurğulayan rektor hər il bu göstəricinin artdığını bildirib:

“Hər il cənab Prezident ən yüksək bal toplayan 102 tələbəyə Prezident təqaüdü təyin edir. İlbəil Ali Məktəbimizin Prezident təqaüdçülüərinin sayı artır. Ötən il 102 Prezident təqaüdçüsündən 33-ü, yəni 3/1-i BANM-in tələbəsi oldu və bununla BANM ölkə üzrə bir ilkə imza atdı. Savadlı və bilikli şagirdlər sayəsində biz ingilisdilli yüksəkixtisaslı peşəkar mütəxəssislər yetişdirir və cəmiyyətə təqdim edirik. Bizim tələbələrimiz dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər, nüfuzlu ölkə və beynəlxalq şirkətlərdə çalışırlar. Biz bu uğurları sizdən də gözləyirik”.

I və II ixtisas qrupu üzrə hər iki mərhələdə ən yüksək bal toplayan abituriyentlər və valideynləri Bakı Ali Neft Məktəbinin kampusu ilə yaxından tanış olublar. Onlar 600 nəfərlik Konqres zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evini gəziblər. 

Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar haqqında məlumatlar verilib.

Xəbər lenti