Logo

Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu - Fotolar

23.06.2022 20:12 384 baxış
IMG

Bu gün Şamaxı rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam xanım Cəfərova və rayonda fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları iştirak edib.

Tədbirn Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsinin ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başladığını vurğulayaraq Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi nəticəsində ölkəmizin qüdrətinin günü-gündən artdığını bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova respublikamızda müasir standatlara cavab verən dövlət idarəetmə sisteminin qurulmasından, bu istiqamətdə hüquqi-normativ aktların qəbul edilməsindən və dövlət qulluğu sahəsində aparılan islahatlardan geniş söhbət açıb.

Tədbir çərçivəsində Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə təltif edilmiş Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şərədil kənd İnzibati dairəsi üzrə nümayəndəsi Telman Əlverdiyevə “Tərəqqi” və Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.

Azərbaycan Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin müdiri Nəsimi Mənəfovu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin əməkdaşı Cavid Əhmədovu təbrik edərək onlarla xatirə fotosu çəkilib.





Xəbər lenti