Logo

Mikrobiologiya İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

23.06.2022 15:06 98 baxış
IMG

AMEA Mikrobiologiya İnstitutunda 2021-2022-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası davam edir.

Tehsil.biz xəbər verir ki, iyunun 23-də mikrobiologiya ixtisası üzrə təhsil alan magistrantlar mikroorqanizmlərin sistematikası fənnindən imtahan veriblər. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar. Cavablar fənn müəllimi, dosent İradə Babayeva tərəfindən qiymətləndirilib.

İmtahanda institutun Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak edib.

Qeyd edək ki, Mikrobiologiya İnstitutunda yay imtahan sessiyası iyunun 28-də başa çatacaq.

Xəbər lenti