Logo

Botanika İnstitutunun əməkdaşları Yardımlıda tədqiqat aparıblar - FOTO

23.06.2022 14:24 98 baxış
IMG

AMEA Botanika İnstitutu Mikologiya şöbəsinin müdiri dosent Dilzarə Ağayeva və kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova, böyük laborantlar Aygün Bağırova, Elnarə İsgəndərli Yardımlı rayonunda ekspedisiyada olublar.

Tehsil.biz xəbər verir ki, Bildirilib ki, ekspedisiya zamanı Komani, Çəçəkli yaylası, Peştəsər, Nisəqala, Qaraqaya, Ləpəy kəndləri ərazisindən həm mikro, həm də makromiset nümunələri toplanıb. “Qırmızı Kitab”ın 3-cü cildi üçün nəzərdə tutulan növlər üzrə də axtarış aparılıb və iki növün bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilib. Ümumilikdə 20 növədək makromiset nümunəsi toplanıb, 14-ü növ, 6-sı isə cins səviyyəsinədək təyin edilib. Həmçinin müxtəlif ağac, kol və ot bitkiləri üzərində mikromiset nümunələri toplanıb və sahib bitkiyə nəzərən ilkin təyinat aparılıb.

Xəbər lenti