Logo

Bakı Ali Neft Məktəbində Fizika klubunun təşkil etdiyi yarışın qalibləri bəlli olub

15.01.2021 13:40 632 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Fizika klubu I (Foundation) və II kurs tələbələri arasında yarış keçirib. 

 

“Physics trial – and – error” mövzusunda yarış üç mərhələdən ibarət olmaqla “Discord” tətbiqetməsi üzərindən onlayn şəkildə təşkil edilib. 

 

İlk mərhələdə iştirak edən 50-ə yaxın tələbədən ən yaxşı nəticə göstərmiş 15 nəfər ikinci mərhələyə keçib, ikinci turdan final turuna isə 8 tələbə vəsiqə qazanıb.

 

Nəticədə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan II kurs tələbəsi Xəyal Həsənli I yerə, Kimya mühəndisliyi ixtisasında təhsil alan II kurs tələbəsi Əkbər Qurbanov II yerə və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixitsasında təhsil alan II kurs tələbəsi Fərman Əhmədov III yerə layiq görülüb. 

 

Qaliblərin hər birinə sertifikat və müvafiq olaraq I yerə 60 AZN, II yerə 40 AZN, III yerə 20 AZN dəyərində pul mükafatı verilib.

Xəbər lenti