Logo

Turizm və Menecment Universitetində seminar: Mən öz gələcəyimi seçirəm - FOTO

23.06.2022 14:03 110 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbə-gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.

Tehsil.biz xəbər verir ki, Bildirilib ki, ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova və tələbələrin qatıldığı seminarda çıxış edən Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev tədbirin maarifləndirmə məqsədilə keçirildiyini vurğulayıb. Muğan Əliyev narkomaniya və onun fəsadları, tütünə qarşı mübarizənin vacibliyi, sağlam həyat tərzinin formalaşmasında informasiya qıtlığının aradan qaldırılması yolları və s. məsələlərə aydınlıq gətirib, iştirakçılara bukletlər təqdim edib.

Xəbər lenti