Logo

ADAU əməkdaşları İİTKM-də İngiltərənin Nyu Kastl Universitetinin nümayəndələri ilə tələbə və pedaqoqlar üçün keçirilən hakatonda iştirak edib - FOTOLAR

23.06.2022 13:28 348 baxış
IMG

ADAU əməkdaşları İİTKM-də İngiltərənin Nyu Kastl Universitetinin nümayəndələri ilə tələbə və pedaqoqlar üçün keçirilən hakatonda iştirak edib

Tehsil.biz xəbər verir ki, "British Council Creative Spark" ali təhsil müəssisəsi proqramı çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Böyük Britaniya arasında əməkdaşlıq çərçivəsində İngiltərənin Nyu Kastl Universitetinin nümayəndələri (Dr. Vicky Mountford, Dr. Fiona Whitehurst və Leigh Sear) ilə Azərbaycan Respublikasının bir sıra universitetlərinin pedaqoqları, o cümlədən sahibkarlar və tələbələr üçün 13-16 iyun 2022-ci il tarixlərində hakaton keçirilib.
Bu hakatonda universitetimizin gənc müəllimlərindən Xanım Həsənova, Fərid Vəliyev və Nərmin Məsimli fəal iştirak edərək Azərbaycan Dövlət Aqrar Universitetini təmsil edib və sertifikatla təltif olunublar.

Xəbər lenti