Logo

Təhsil İnstitutu iş dünyası və ali təhsildə trendlər üzrə vebinar təşkil edəcək

23.06.2022 12:17 254 baxış
IMG

İyunun 29-da Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetində “SABAH Magistratura” proqramı çərçivəsində “Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” mövzusunda vebinar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, tədbirin spikeri Massaçusets Texnologiya İnstitutunun Nəqliyyat və Logistika Mərkəzinin icraçı direktoru Kris Kaplis olacaq. O, bakalavr təhsilini Virginia Universitetində inşaat mühəndisliyi üzrə, magistr təhsilini isə Ostində Texas Universitetində nəqliyyat mühəndisliyi üzrə alıb. Daha sonra doktorantura təhsilini ABŞ-da Massaçusets Texnologiya İnstitutunda “Nəqliyyat və logistika” sistemləri mövzusunda tamamlayıb. Kris Kaplis təchizat zəncirinin idarə edilməsi üzrə MITx mikromagistr proqramı yaradıb. İndiyə kimi 196 ölkədən 430 mindən çox tələbə bu proqramın onlayn kurslarından yararlanıb. O, 2016-cı ildə təchizat zəncirinin idarə olunmasının tədrisi və tədqiqatına görə ilk “Gümüş ailə” tədqiqatçısı kimi seçilib. Həmçinin Təchizat Zəncirinin İdarə Edilməsi üzrə Peşəkarlar Şurasının “Ali xidmət” mükafatına layiq görülüb.

Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün yer məhduddur. İştirak etmək istəyənlər iyunun 27-dək linkdə qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti