Logo

AzTU ilə Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında əməkdaşlıq davam edir

23.06.2022 09:55 79 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında əməkdaşlıq uğurla davam edir.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də “Sənayedə mühərriklərin quraşdırılması və avtomatik (PLC-lə) idarə olunması” (PLC proqramlaşdırma dili, 3 fazalı mühərriklərin idarə edilməsi, Pnevmatik sistemlərin qurulması) təlimində iştirak edən AzTU tələbələrinə sertifikatlar təqdim olunub.

2 ay müddətində davam edən təlimlər Sənaye və İnnovasiyalar üzrə BDPTM-in metodist-təlimçi heyəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, təlim namizədlərin ixtisas üzrə bilik və bacarıqlarının artırılması, həmçinin əmək bazarı üçün kadr hazırlığı həyata keçirmək məqsədilə təşkil olunub.

Xəbər lenti