Logo

Musiqi sənəti ixtisasları üzrə imtahanların vaxtı açıqlanıb

23.06.2022 08:39 147 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti ixtisasları üzrə imtahanların vaxtını açıqlayıb.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanlar 30 iyun və 1 iyulda keçiriləcək.

İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Xəbər lenti