Logo

ASAPES-in “İdman jurnalistikası” magistrantlarının Böyük Britaniyaya səfəri başlayıb - FOTOLAR

22.06.2022 23:59 83 baxış
IMG

İyunun 20-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman jurnalistikası” magistr proqramı tələbələrinin Böyük Britaniyada tədris-təcrübə proqramı başlayıb.

Tehsil.biz xəbər verir ki, 2 həftə davam edəcək proqram çərçivəsində tələbələrimizin London, Mançester və Liverpul şəhərlərində olan idman infrastrukturlarının media mərkəzləri və teleradio yayım şirkətlərinə səfəri planlaşdırılır.

İlk belə ziyarət “Media sahibkarlığı” modulunu tədris edən Ceyms Tukerin rəhbəriyi altında Böyük Britaniyanın ən nüfuzlu radio şirkətlərindən biri “Virgin Radio”nun Londonda yerləşən baş ofisinə olub. Yayım şirkətinin “TalkSPORT” və “TalkSPORT2” idman radio və televiziyasının baş prodüseri Sara Kollins ilə görüşən tələbələrimiz şirkətin yayım otaqları, radio avadanlıqları ilə tanış olub, həmçinin canlı yayımda olan aparıcı və prodüserlərin iş prosesini izləyiblər.

Qeyd edək ki, hazırda “TalkSport” komandasın aparıcı və prodüserləri ilə çalışan Sara Kollins uzun illər BBC Teleradio Şirkətinin idman şöbəsinin rəhbəri kimi çalışıb. BBC-də keçirdiyi 27 illik karyerası ərzində Sara Kollins Nigeriya, həmçinin Milan, Roma və Las Veqas şəhərlərindən yayımlar həyata keçirmiş, 30-dan çox idman klubu ilə əməkdaşlıq edən komandanın rəhbəri olmuşdur.

Xəbər lenti