Logo

Müəllim işləmək istəyənlərə ŞAD XƏBƏR - VİDEO

22.06.2022 22:09 1210 baxış
IMG

Diplomunda müəllim sözü yazılmayanların da gələcəkdə müəllim kimi işləmələrinə imkan yaradılacaq. Bu məqsədlə ''Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nda dəyişikliklər edilib.

Qərarı şərh edən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, indiyə qədər yalnız müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik idilər. Amma gələn ildən etibarən Təhsil Nazirliyi digər ixtisasları bitirənlərin də müəllim olmalarını təmin edə biləcək. 

Ekspert deyir ki, yeni qərara əsasən, Təhsil Nazirliyi paytaxt və bölgələr üzrə hansı ixtisaslar üzrə müəllimə ehtiyac olduğunu əvvəlcədən elan edəcək. Bununla da müvafiq sahələr üzrə universiteti bitirmiş və diplomunda müəllim sözü yazılmayan şəxslər də müəllimlərin işə qəbulu imtahanında iştirak edə biləcəklər.

K.Əsədov onu da bildirdi ki, 2021-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etməkdən ötrü 61 min nəfər müəllim olmaq üçün sənəd vermişdi. Ancaq onlardan yalnız 9 mini işlə təmin olunub. 

 

Xəbər lenti