Logo

Təhsil Nazirliyi və Frankofoniya Universitet Agentliyi arasında birgə tədqiqat işlərinin aparılması müzakirə olunub - FOTO

22.06.2022 17:34 264 baxış
IMG

İyunun 22-də təhsil nazirinin müavini Muxtar Məmmədov Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə ali təhsil müəssisələrində fransız dili ixtisası üzrə tədrisin təşkilinə fransız müəllimlərin cəlb edilməsi, ümumi təhsil və ali təhsil müəssisələrində fransız dili tədris edən müəllimlərin fransız dili təlimlərində iştirak imkanları, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti