Logo

AMEA: Abşeron yarmadasında 112 göl var

22.06.2022 15:37 81 baxış
IMG

Ölkəmizdə göllərin ən çox cəmləndiyi məkanlardan biri də Abşeron yarımadasıdır.

Tehsil.biz xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov deyib.

O bildirib ki, 2020-2022-ci illərə aid kosmik təsvirlər və xəritə məlumatlarına əsasən yarımadada sahəsi 0,5 hektardan (≥5000m2) çox olan 112 göl mövcuddur və onların su səthinin cəm sahəsi 57 km2-dir:

“Göllər yarımada sahəsinin 2,85%-ni əhatə edir, bu göstərici respublikamız üçün 0,35%, dünya üçün 1,8%-dir. Bəzi çökəkliklərdə şor sulu yeraltı suların səthə çıxması ilə yüksək dərəcədə minerallaşmış göllərin formalaşmasına şərait yaranıb. Beləliklə, onları iki qrup daxilində birləşdirmək olar: təbii vəziyyətdə inkişaf edənlər və ekoloji tarazlığı texnogenezlə pozulmuşlar”.

Xəbər lenti