Logo

Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb

22.06.2022 14:51 53 baxış
IMG

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları - kimya elmləri doktoru, professor Minavər İbrahimova və kimya üzrə fəlsəfə doktoru Fəxriyyə Abdullayevanın “İon mayeləri, sintezi və tətbiqi” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.

Tehsil.biz xəbər verir ki, monoqrafiyanın əsas məqsədi ion mayeləri elmi istiqaməti ilə yaxından maraqlanan tələbə, magistrant, doktorant və bu sahədə artıq müəyyən təcrübəsi olan digər mütəxəssislərin ion mayelərinə dair əsas anlayışlar, sintez üsulları, xassələri və tətbiq sahələri haqqında daha əhatəli məlumat əldə etmələri üçün imkan yaratmaqdır.

Monoqrafiyada həm dünya miqyasında, həm də NKPİ-nin əməkdaşları tərəfindən “yaşıl kimya” prinsiplərini qoruyan ion mayeləri, ion maye monometrlər və ion maye polimetrlərin sintezi, tədqiqi və genişspektrli tətbiq sahələri istiqamətində aparılmış tədqiqatların nəticələrini əks etdirən məlumatlar verilib. Nəşrdə ion mayeləri barədə son illərin ədəbiyyat materialları daxil olmaqla yüksək impakt faktorlu jurnallarda dərc olunmuş bir çox ədəbiyyatlara və elmi əsərlərə müraciət edilib. Qeyd olunanlar nəzərə alınaraq monoqrafiyanın oxucularda bu sahəyə həsr olunmuş maraqlı və unikal materialları araşdırmağa maraq yararadacağına böyük ümid bəslənilir.

Xəbər lenti