Logo

AMEA Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi ilə əməkdaşlıq edəcək

22.06.2022 14:09 106 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Özbəkistan səfəri çərçivəsində bu ölkənin İnnovativ İnkişaf Nazirliyində olub.

Tehsil.biz xəbər verir ki, Bildirilib ki, akademik Arif Həşimov Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbroxim Abduraxmonovla görüşüb, bir sıra müzakirələr aparılıb.

Müzakirələrdən sonra AMEA ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənədi akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.

Memorandumda iki dövlətin iqtisadi və sosial inkişafı üçün qarşılıqlı maraq doğuran və əhəmiyyət kəsb edən elmi məsələlər üzrə birgə tədqiqatların və innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti