Logo

Kibertəhlükəsizlik üzrə tələbələrin yay düşərgəsinə qeydiyyat davam edir

22.06.2022 13:10 296 baxış
IMG

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə iyulun 4–dən 9-dək Qubada keçiriləcək “CyberCamp 2022” yay düşərgəsinə qeydiyyat davam edir.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır.

Yay düşərgəsində kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələrin, eyni zamanda, qeyd edilən sahə üzrə bilik və bacarıqları olan digər tələbələrin iştirakı nəzərdə tutulur.

Düşərgədə iştirak etmək arzusunda olanlar Təhsil Nazirliyinin saytındakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün müraciətlər iyunun 27-dək qəbul olunur. İştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər düşərgədə iştirak hüququ qazanacaq.

Düşərgə çərçivəsində iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları da təşkil olunacaq. Düşərgədə iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay düşərgəsi barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

Qeyd edək ki, düşərgə ilə bağlı əlaqə yaratmaq istəyənlər suallarını [email protected] (subject: Cybercamp) elektron poçt ünvanına göndərə bilərlər.

Xəbər lenti