Logo

Binqədədidə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” tədbiri keçirildi - Fotolar

22.06.2022 13:08 331 baxış
IMG

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Cünü münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və gənclər iştirak ediblər.

Tədbirdən öncə qonaqlar məktəblilərin 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığından, bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin hər zaman aktual xarakter daşıdığından, narkomaniya ilə mübarizə sahəsində görülən tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğundan və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər haqqında geniş məlumat verərək, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd edib.

Tədbirin sonunda gənclərimiz tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlər, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən işlər və onların nəticələri barədə məlumat verməsi üçün tədbir iştirakçılarına suallar ünvanlaıb.



Xəbər lenti