Logo

İdman-şahmat məktəblərinin idmançıları Avropa çempionu olub

22.06.2022 08:46 331 baxış
IMG

Rumıniyanın paytaxtı Buxarest şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında Avropa çempionatı keçirilib.

Tehsil.biz xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan komandasının  tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının 4 üzvü, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Camal Abbasov (55 kq) və 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Elman Ağayev (51 kq)  I yeri tutaraq qızıl medal qazanıblar.

Çempionatda Azərbaycan milli yiğma komandası 10 nəfər idmançı ilə təmsil olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl başa çatmış Yunan-Roma güləşi üzrə Avropa çempionatında da “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri 1 qızıl, 2 gümüş 1 bürünc medal qazanıblar.

Xəbər lenti