Logo

BANM-in rektoru "Sonuncu Turnir"in açılışını edib

21.06.2022 21:37 102 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) İntellektual Oyunlar Klubu (İOK) "Sonuncu Turnir" adlı intellektual turnir keçirib.

Tehsil.biz xəbər verir ki, turnirin açılışında BANM-nin rektoru Elmar Qasımov tələbələri təbrik edərək onlara uğurlar arzulayb, tövsiyələrini verib.

Sonra 120-dən çox tələbənin iştirak etdiyi turnir başlayıb. İntellektual Oyunlar Klubu bu dəfə də BANM-in tələbələri və məzunlarını biraraya gətirib. Turnir  "Nə? Harda? Nə zaman?", "Breyn Rinq", "Xəmsə MİO"  strukturundan ibarət olub.

Yarışı BANM-in Amerika universitetlərinə qəbul olunmuş tələbələri Xaqan Kərimov, Sənan Həsənov, İsa Cəfərov və BANM-in İOK-nun İdarə heyəti təşkil edib.

Xəbər lenti