Logo

“Bir müəllimin manifesti” ixtisasartırma proqramı üzrə təlim kursunu 37 nəfər bitirib

21.06.2022 19:48 343 baxış
IMG

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Bir müəllimin manifesti” ixtisasartırma proqramı üzrə “Təhsil işçilərinin peşəkar inkişafı” adlı təlim kursunun yekun qiymətləndirmə mərhələsi keçirilib.

İnstitutdan bildirilib ki, ADA Universiteti tərəfindən təşkil edilən 138 saatlıq təlim kursunu bitirən 37 müdavim yekun qiymətləndirmədə iştirak edib. Təlim kursunda “Müasir tədrisin əsasları”, “Təhsildə tədqiqat metodları”, “Azərbaycan dilində akademik yazı”, “İngilis dili” və “Müəllim liderliyi” mövzuları tədris olunub.

Qeyd edilib ki, 2021-ci ildən etibarən fəaliyyətə başlayan “Bir müəllimin manifesti” layihəsi ADA Universiteti tərəfindən təklif olunur və regionlardakı orta məktəblərin müəllim və direktorları üçün nəzərdə tutulub. Yekun qiymətləndirmə və sertifikatlaşdırma Təhsil İnstitutu və ADA Universitetinin əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Yekun qiymətləndirmədən keçən iştirakçılara dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək.

Xəbər lenti