Logo

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - RƏSMİ AÇIQLAMA

21.06.2022 16:40 3467 baxış
IMG

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu, müzakirə məsələsi deyil.

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarının 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə məsələsi deyil" - qeyd olunub.

Xəbər lenti