Logo

UNEC-də yenilik: "İnformasiya təhlükəsizliyi" ixtisası ingilis dilində

21.06.2022 15:28 532 baxış
IMG

UNEC- bu ildən bakalavr səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasına Azərbaycan rus dilləri ilə yanaşı, ingilis dilində qəbul aparılacaq.

Tehsil.biz xəbər verir ki, tələbələr UNEC-in yeni tədris binasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.

 

Xəbər lenti