Logo

Bakıda yetkinlik yaşına çatmayan 21 məhkumla maarifləndirmə tədbiri keçirilib

21.06.2022 13:05 330 baxış
IMG

Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş yetkinlik yaşına çatmayan 21 məhkumla maarifləndirmə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Günay Babayeva, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin psixoloqları və valideynlər iştirak edib.

Qeyd edilib ki, İdarənin icra məmurları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilməklə yetkinlik yaşına çatmayanların islah edilməsi, sosial adaptasiya və reabilitasiyası istiqamətində, həmçinin peşə yönümlü ixtisaslara yiyələnmələri məqsədilə onların özləri, valideynləri, təhsil müəssisələri, qeydiyyatda olduqları rayonlar üzrə icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla, müxtəlif qeyri hökumət təşkilatları ilə sıx əlaqə yaratmaqla zəruri tədbirlər heyata keçirilir.

Daha sonra cəmiyyətdə tüğyan edən "ağ ölüm" adlandırılan narkomaniyanın acı nəticələrini əyani şəkildə göstərilməsi məqsədilə film nümayiş etdirilib.

Xəbər lenti