İyunun 21-də Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə yaz semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
Tehsil.biz xəbər verir ki, qonaqlar sessiyanın təşkili və gedişatı barədə məlumatlandırılıb. Bildirilib ki, BDU-da iyunun 3-dən başlayan 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyulun 1-dək davam edəcək.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.
Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıblar.