İyunun 21-də Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda humanist pedaqogika üzrə IV Respublika pedaqoji oxuları keçirilib.
Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin, eləcə də Vətən müharibəsində həlak olan təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzinin fəalyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tehsil.biz xəbər verir ki, tədbirə moderatorluq edən Əməkdar müəllim Asif Cahangirov pedaqoji oxuların əhəmiyyətindən söz açıb.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətdə müəllimin rolundan, bu peşənin özəlliklərindən danışıb. “Müəllim sənəti çətin, eyni zamanda şərəfli peşədir”, - deyən nazir gənc nəslin savadlı yetişməsində təhsıl işçilərinin zəhmətini xüsusi qeyd edib.
E.Əmrullayev pedaqoji oxularin təhsil işçiləri üçün səmərəli olacağına əminliyini bildirib.