Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbulun nəticələri açıqlanıb.
BDU-dan Tehsil.biz-ə bildirilib ki, imtahanın nəticələrinə əsasən, Azərbaycan bölməsinə 100, rus bölməsinə 50 şagird qəbul olub.
Qəbul olan şagirdlərin siyahısı BDU-nun saytında yerləşdirilib.
Xatırladaq ki, qəbul imtahanı iyunun 11-də keçirilib.