Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (How to get published?”) mövzusunda silsilə vebinarlar keçiriləcək.
Bu barədə Tehsil.biz-ə BDU-dan verilən mməlumata görə, beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinarlar iyun ayından başlayaraq dekabradək ayda bir dəfə olmaqla təşkil ediləcək. Vebinarlar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski və Lorianne Sarsfieldin iştirakı ilə aparılacaq.
İlk vebinar iyunun 22-də Bakı vaxt ilə saat 13.00-da keçiriləcək. Bu vebinarda məqaləni nəşr etmək üçün düzgün jurnal seçimi, məqalə təqdim olunmazdan əvvəl diqqət ediləcək tələblər və s. məsələlərə aydınlıq gətiriləcək. Vebinar ingilis dilində olacaq.
Vebinarda iştirak üçün: https://sagepub.zoom.us/webinar/register/WN_UrND-RWzTKavWSJQHzUvVg linkində qeydiyyatdan keçmək olar.