Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.
Bu barədə Tehsil.biz-ə Təhsil Nazirliyindən məlumat verilib. Müraciətlər iyunun 24-ü saat 23:59-dək qəbul edilir. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə informasiya kommunikasiya texnologiyaları və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Müsabiqə barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.