Logo

AMEA-nın magistrantlarının ümumi və seçmə fənlərdən sonuncu imtahanı keçirilib

20.06.2022 14:53 414 baxış
IMG

İyunun 20-də AMEA-nın I kurs magistrantları ümumi və seçmə fənlərdən sonuncusu olan fəlsəfə fənnindən imtahan veriblər.

Bu barədə Tehsil.biz-ə AMEA-dan məlumat verilib.  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında iki qrup üzrə təşkil edilmiş imtahan yazılı formada keçirilib. Yay imtahan sessiyası ilə əlaqədar yaradılmış komissiyanın sədri AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova imtahan prosesi ilə tanış olub.

Qeyd edək ki, magistrantların ixtisas fənlərindən imtahanları iyulun 5-dək davam edəcək.

Xəbər lenti