Logo

Azərbaycan Milli Kulinariya Mərkəzi müsabiqə elan edib

20.06.2022 13:37 351 baxış
IMG

Azərbaycan Milli Kulinariya Mərkəzi müsabiqə elan edib.

Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqə Azərbaycanda streetfood (küçə yeməyi) ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəmnində modern, tez hazırlanan, sağlam və kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.

Müsabiqədə küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.

İştirak etmək üçün müraciətə aşağıdakılar daxil edilməlidir:

1. İştirakçı haqqında qısa məlumat (ad, soyad, ünvan, iş yeri, vəzifəsi);

2. Xörəyin foto çəkilişi (3 tərəfdən);

3. Xörəyin maya dəyəri;

4. Xörəyin hazırlanmasının texniki sxemi, kalkulyasiya və texniki xəritəsi;

5. Xörəyin hazırlanmasını və satışının həyat keçirilməsi üçün lazım olan qurğu və avadanlıq (yazılı təsviri).

Müraciətlər 16.09.2022 - ci il tarixinə kimi [email protected] e-maili vasitəsilə qəbul ediləcək.

Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.

Xəbər lenti