Logo

Deputat: “Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir”

18.06.2022 20:19 362 baxış
IMG

“Azərbaycanda hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı yüksək olub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir: “Biz hər zaman Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin məscidləri ziyarət etdiklərinin şahidi olmuşuq. Bu özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Bu gün Ağdamda, Şuşada, Zəngilanda bilavasitə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları qurulur, inşa olunur. Biz yaxşı xatırlayırıq ki, dövlətimizin başçısı və birinci xanımımız bütün səfərlərində buradakı məscidlərə gedərək oradakı məscidlərdə dualar edirlər. Hətta özləri ilə bərabər apardıqları Quranı da məscidlərə hədiyyə edirlər və hər zaman hörmətlə yanaşırlar”.

Ceyhun Məmmədovun sözlərinə görə, bu gün Heydər Əliyev Fondunun xətti ilə azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir, Zəngilan məscidi Fond tərəfindən təmir və bərpa olunur:

“Eyni zamanda bu işlər Şuşada və digər ərazilərdə gedir. Həmçinin, Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Və təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük. Mehriban xanımın bu prosesdə fəal iştirakı ilə Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda İslam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib və elə təqdim edilir. Eyni zamanda, Prezident İlham Əliyevin din sahəsinə ən böyük diqqət və qayğısının biri də İlahiyyat İnstitutunun yaradılması oldu. Bu gün bu İnstitut bölgənin aparıcı təhsil müəssisələrindən birinə çevrilib, yeni bina ilə təmin olunub. Bu gün Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır”.

Xəbər lenti