Logo

Yeni məktəbli formaları hazırlanır

18.06.2022 13:15 738 baxış
IMG

Yeni məktəbli formaları hazırlanır.

Tehsil.biz "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bunu Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə əsasən, yeni məktəbli formalarının nümunələri artıq hazırdır. Bu formalar ötənilkilərdən fərqlənəcək. Yeni geyimlər kostyum şəklində olmayacaq. Həmçinin qızlar üçün şalvar da nəzərdə tutulub.

Etibar Əzimovun sözlərinə görə, yeni formaların rəng seçimi ilə bağlı hazırda məktəblərin qərarı gözlənilir.

Yeni formaların parçaları Türkiyədən sifariş edilir. Onların qiymətləri ilə bağlı isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl təhsil naziri Emin Əmrullayev növbəti tədris ilində məktəblərdə vahid geyim formasına keçiləcəyini, amma bu prosesin tədricən baş tutacağını bildirmişdi.

Xəbər lenti