"Bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsilhaqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsilhaqqından daha bahadır".
Bunları "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspertin sözlərinə görə, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan təki qəbul olum prinsipi iə məhz həmin ixtisasları yazacaqlar:
"Nəticədə universitet qazanacaq. Bundan əlavə, bilirlər ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100% semestr imtahanlarında kəsiləcək. Nəticədə fənn üzrə kredit ödəyəcək. O kredit də yenə universitetin büdcəsinə gedir. Beləliklə, hər iki halda qazanan universitetdir".
Elçin Əfəndi bildirib ki, IV kursa kimi birtəhər gələn tələbəni dövlət imtahanından 3-5 min manat almaqla keçirirlər:
"Bir də illik təhsilhaqları, kəsrlərlə vurmayın tələbələri. Türkiyəyə arada baxın. Elə universitetləri var ki təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsilhaqqı 300-700 manat aralığındadır. Bir sözlə, bizim bəzi universitetlərin 1 illik təhsilhaqqında Türkiyədə 4 illik təhsilhaqqını bağlamaq olar. Belə olan halda vətəndaş da üz tutur Türkiyə və başqa universitetlərə. Sonra da hamımız deyirik ki, hamı qaçır xaricdə təhsil almağa. Düz edirlər!"