Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Tehsil.biz xəbər verir ki, I qrup üzrə qəbul imtahanında 10 nəfər maksimum nəticə toplayıb.
I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərənlərdən biri də Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Eynullazadə Leyladır.
O, 400 bal toplayıb.
Bundan başqa, Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Elnur Mərdiyev də I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən ən yüksək - 400 bal toplayan abituriyentlərdən biridir.
