Ali məktəblərə qəbul imtahanlarında I qrup üzrə ən yüksək nəticə göstərən abituriyentin adı açıqlanıb.
Tehsil.biz xəbər verir ki, ən yüksək nəticə göstərən şagirdlərdən biri paytaxtın 53 saylı məktəbinin şagirdi Zakir Aslanlıdır.
O, buraxılış imtahanından 282.1 bal toplayıb, Sabahın Alimləri Respublilka müsabiqəsində də lll yer alıb.
Zakir Aslanlı bu dəfə Dövlət İmtahan Mərkəzinin (DİM) blok fənləri üzrə 400 bal toplayaraq maksimum nəticəni əldə edib.
