Logo

Səhiyyə naziri meymunçiçəyi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

17.06.2022 13:18 543 baxış
IMG

Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.

Nazir “Report”a açıqlamasında bildirib ki, hələlik meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur:

“Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”, - nazir qeyd edib.

Xəbər lenti