Logo

Ötən tədris ilində işə qəbul olan müəllimlərin sayı açıqlanıb

17.06.2022 12:49 406 baxış
IMG

Ötən tədris ilində işə qəbul olan müəllimlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, 10 400-dən artıq namizəd müddətli və müddətsiz müqavilə əsasında işə qəbul edilib. İşə qəbul edilənlərdən 3567 nəfəri ilk turda müddətsiz müqavilə əsasında işə qəbul edilib. Aprel ayı ərzində keçirilən daimiləşmə müsabiqəsində isə 1669 nəfər uğur qazanaraq müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib.

Ümumilikdə 5236 nəfər namizəd qeyd edilən tədris ili üzrə müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib. İşə qəbul edilmiş müəllimlərin 48.3 faizi həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinə işə qəbul olunub.

2021-ci ildən 2022-ci ilin birinci yarısınadək 232 nəfər dövlət ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə təyin olunub.

Xəbər lenti