Logo

Təhsil Nazirliyi: "270 adda 7 030 264 nüsxə dərslik çap olunub"

17.06.2022 12:29 466 baxış
IMG

2021-2022-ci tədris ilində ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və müəllimlər üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.

Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb və tədrisinə başlanılıb. İlk dəfə xüsusi məktəblər üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, müəllim və valideynlər üçün metodik vəsaitlər hazırlanıb.

Tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

Xəbər lenti