Logo

Bakıda elektron jurnal və gündəlik sistemi tətbiq edilən məktəblərin sayı açıqlanıb

17.06.2022 11:00 619 baxış
IMG

2021-2022-ci tədris ilində elektron jurnal və gündəlik sistemi tətbiq edilən paytaxt məktəblərinin sayı 154-ə çatdırılıb.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədini daşıyır.

Xəbər lenti