Logo

Elektron sistem vasitəsilə yerdəyişməsi aparılan şagirdlərin sayı açıqlanıb

17.06.2022 10:44 369 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2021-2022-ci tədris ilində 45 141 şagird elektron sistem  (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə  subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Xəbər lenti