Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib

16.06.2022 14:48 318 baxış
IMG

İyunun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Xilaskar” Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, icmanın pastoru Lemke Qothard Günter Valter ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, icmanın fəaliyyətinə dair bir sıra məsələlərin müzakirə olunduğu görüşdə, eyni zamanda keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin icmanın fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri izah edilərək qaldırılan məsələnin həllinə köməklik və dəstək göstəriləcəyi diqqətə çatdırılıb.

İcma üzvləri sonda Azərbaycanda dini icmaların, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti