Logo

"Təhsil vloqeri" müsabiqəsinin qalibləri müəyyənləşib

16.06.2022 13:00 491 baxış
IMG

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib.

Tehsil.biz xəbər verir ki, müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Müsabiqənin münsif heyəti tərəfindən təqdim edilən materialların təhlili aparılıb. Nəticələrə əsasən, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin STEAM müəllimi Sürət Mehdiyev  və Gəncə şəhər  S.Vurğun adına 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimov  müsabiqənin qalibləri elan edilib.

Müsabiqə qalibləri mükafatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Xəbər lenti